Bakıda evin bir hissəsi kollektora çökdü

Whatsapp image 2026 05 26 at 112431 6a154cab0af3b

Paytaxtın Xətai rayonunda yerləşən evin həyətyanı sahəsi çöküb. Hadisə mayın 17-də qeydə alınıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib ki, ərazidə kollektorun üzərində inşa edilmiş tikililərin yaratdığı yüklənmə nəticəsində şəbəkədə qəza baş verib.

“Məsələ ilə bağlı Bakı Sukanal İdarəsi tərəfindən əraziyə baxış keçirilib. Müvafiq işlərin görülməsi üçün aidiyyəti üzrə müraciət olunub”.

Qurumdan əlavə edilib ki, su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolaqlarında hər hansı tikinti işlərinin aparılması qanunvericiliyə ziddir.