ADRA və Dövlət Turizm Agentliyi arasında rəqəmsal inteqrasiya imkanları müzakirə olunub

850907314 1415743847407543 1740587464755444883 n 6ad1bd4b722b4

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) İdarə Heyəti sədrinin müavini Lalə Abdullayevanın sədrliyi ilə Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Əliyevin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə qurumlar arasında rəqəmsal inteqrasiya imkanları, məlumat mübadiləsinin müasir həllər vasitəsilə təkmilləşdirilməsi və bu istiqamətdə mümkün əməkdaşlıq məsələləri müzakirə olunub.

Müzakirələr zamanı hotellərin sertifikatlaşdırılması və ulduz kateqoriyası barədə məlumatların inteqrasiya imkanları hesabına aidiyyəti sistemdən əldə olunması, həmin məlumatların açıq məkandakı reklamlarda düzgün və dəqiq göstərilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində məlumatların operativ və etibarlı şəkildə əldə edilməsinə imkan verən texniki həllərin tətbiqi, eləcə də aidiyyəti sistemlər arasında məlumat mübadiləsinin səmərəliliyinin artırılması ilə bağlı yanaşmalar da nəzərdən keçirilib. Tərəflər qeyd olunan məsələlər üzrə mümkün həllərin müəyyənləşdirilməsi və növbəti mərhələdə müvafiq addımların atılması barədə razılığa gəliblər