Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib

17107623975238449784 1200x630.jpg

Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib.

AZƏRTAC xəbər verir ki, Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışan Prezident İlham Əliyev deyib: “Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. …Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən “Zəfər meydanı” adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır”.