VTB Azərbaycanın mənfəəti 26,8% azaldı: Bankın yığılmış zərəri 200 milyon manata yaxınlaşdı

Vtb 6ad757922dcf4

“Bank VTB (Azərbaycan)” ASC 2026-cı ilin yanvar-sentyabr aylarını 7 milyon 678 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 812 min manat və ya 26,8% azdır.

2025-ci ilin ilk 9 ayında bankın xalis mənfəəti 10 milyon 490 min manat təşkil edib.

Hesabat dövründə bankın faiz gəlirləri illik müqayisədə 0,6% artaraq 31 milyon 280 min manata, faiz xərcləri isə 26,2% artaraq 9 milyon 358 min manata çatıb. Nəticədə bankın xalis faiz gəlirləri 4,4% azalaraq 21 milyon 923 min manat olub.

Bankın qeyri-faiz gəlirləri 10,7% azalaraq 10 milyon 175 min manat, qeyri-faiz xərcləri isə 1,1% azalaraq 24 milyon 893 min manat təşkil edib.

Bu dövrdə bankın əməkhaqqı və digər kompensasiya xərcləri 16 milyon 57 min manat olub.

Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 7 milyon 530 min manat təşkil edib. Bu dövrdə bank 148 min manat mənfəət vergisi ödəyib.

Bank əldə etdiyi 7,7 milyon manat civarında xalis mənfəət onun yığılmış zərərini bir qədər azaldıb. Bununla belə, 2026-cı il sentyabrın 30-na bankın yığılmış zərəri 199 milyon 900 min manat təşkil edib. Ötən ilin sonunda bu göstərici 207 milyon 600 min manat olub.

Qeyd edək ki, “Bank VTB (Azərbaycan)” ASC 1993-cü ildə “AF-Bank” adı ilə təsis edilib. Bankın səhmlərinin 99,99%-i Rusiyanın “Bank VTB” şirkətinə, 0,01%-i isə Adıgözəl Ağayevə məxsusdur.

2026-cı il sentyabrın 30-na bankın balans üzrə səhmdar kapitalı 315,8 milyon manat, ümumi kapitalı isə 118,3 milyon manat təşkil edib.

plat.az