“Toyumda ona mesaj yazdım və barışdıq”

275142 Bnzb6zjwbr.jpg

Müğənni Elçin Cəfərov və aktyor Elşən Orucov uzun illər küsülü olmasından danışıb.

Elçin “Zaurla Günaydın” proqramında toyu günü onunla barışdığını deyib:

“Ona qədər danışmırdıq. Toyumdan bir gün əvvəl mesaj yazdım ki, sabah mütləq iştirak etməlisən. O da gəldi”.

Qeyd edək ki, Elşən və Elçin bir vaxtlar birlikdə çalışıb və daha sonra işbirliyinə son qoyublar. Elçin 2016-cı ildə Xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla ailə qurub.