Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər

4554c1f5 8adb 4dcf 8d17 512261beafed 6aedd3fbd2ac5

8 Noyabr – Zəfər Günü münasibətilə Polis Akademiyasının kursantlarının iştirakı ilə fləşmob təşkil olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, fləşmob çərçivəsində kursantların iştirakı ilə xalqımızın tarixi Zəfərini, milli qürurunu və qalibiyyət əzmini ifadə edən “Zəfərə atılan imza” və “Zəfərin memarı” sözlərindən ibarət kompozisiya yaradılıb.

Tədbirin məqsədi Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyətini, gənc nəslin bu Zəfərə verdiyi dəyəri, həmçinin milli qürur və iftixar hissinin gələcək nəsillərə ötürülməsini nümayiş etdirməkdir.

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - Şəkil 1