“802” qaynar xətti bayram günlərində vatsap üzərindən fəaliyyət göstərəcək

17939727651885021289 1200x630 6aeddcb77c97b

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə “802” qaynar xətti cari il noyabrın 7-10-da – qeyri-iş günlərində vatsap vasitəsilə fəaliyyətini davam etdirəcək.

İşçi Qrupundan verilən məlumata görə, vətəndaşlar rəsmi vatsap nömrəsi (055) 600 08 02 vasitəsilə sms vasitəsilə müraciət, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı suallarına cavab və yönləndirici məlumat əldə edə bilərlər.