Ötən il neçə orqanköçürmə əməliyyatı icra edilib? Açıqlama

Uukswum57q6zgd97dzxjveix8qrzoxjrdjonvwhw1200.webp

Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi 2024-cü ildə 311 nəfər üzərində transplantasiya (orqanköçürmə) əməliyyatı icra edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq mərkəzdən məlumat verilib.

Bildirilib ki, əməliyyatlardan 118-i böyrək, 77-si qaraciyər, 91-i gözün buynuz qişası, 32-si sümük iliyi üzrə olub.