Azərbaycanda rəqəmsal dövlət maliyyə informasiya sisteminin icrasına başlanılıb

Sahil 6ab5535cf17dd

Azərbaycanda rəqəmsal dövlət maliyyə informasiya sisteminin icrasına başlanılıb.

Bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.

Onun sözlərinə görə, Nazirlik hesabatlılıq sahəsində silsilə addımlar atıb: “Bu sahədə əsas yanaşma müxtəlif xidmətlərin ayrı-ayrılıqda elektronlaşdırılması deyil, məhz vahid elektron portal və ekosistem üzərindən müxtəlif dövlət xidmətlərinin, o cümlədən dövlət maliyyə xidmətlərinin vahid çərçivədə formalaşdırılmasıdır. Bu istiqamətdə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə artıq Rəqəmsal Dövlət Maliyyə İnformasiya Sistemi yaradılıb. Cari il ərzində sistemin bir çox komponent və altkomponentlərinin icrasına başlanılıb. Bir sıra istiqamətlərdə isə çox bariz nəticələrimiz mövcuddur”.

Nazir vurğulayıb ki, Vahid Rəqəmsal Dövlət Maliyyə İnformasiya Sistemi məlumatlara əsaslanan qərarların qəbul edilməsi, proqnozlaşdırma və təhlillərin aparılması üçün imkan yaradır: “Müxtəlif alt sistemlərin və dövlət maliyyə xidmətlərinin vahid çərçivədə formalaşdırılması, həmçinin məlumatların bir-biri ilə əlaqələndirilməsi dövlət maliyyə siyasətinin həyata keçirilməsi üçün geniş imkanlar yaradır”.

Report