Oktyabrın 20-də saat 18 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini R.Şəfiyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi Sevda Məmmədovanı vurub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


