Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

17920576476532119024 1200x630 6ad0affd00825

Azərbaycan sədrliyi dövründə AQEM-in məqsəd və hədəflərinə sadiqlik nümayiş etdirərək Asiyada qarşılıqlı fəaliyyətin genişləndirilməsi və etimad quruculuğunun gücləndirilməsi istiqamətində mühüm rol oynayır.

Bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

Prezident İlham Əliyevə tədbirin yüksək səviyyədə təşkilinə, göstərilən qonaqpərvərliyə görə təşəkkür edən Türkmənistan Prezidenti vurğulayıb ki, Azərbaycan bu platformada təşəbbüskar və əməkdaşlığı dəstəkləyən tərəf kimi xüsusi mövqeyə malikdir: “Bu baxımdan Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik“.