Valyuta hərracında bankların dollara tələbi 15% azalıb

48dfb0e616345587395190457191044863.jpg

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Redaksiya.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 15,8 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (21 iyul 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 15% azalıb. Ötən hərracda tələb 18,6 mln. ABŞ dolları olmuşdu.

Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.