Şirvanda 17 yaşlı yeniyetmə intihar etdi

1652907272 628547c3404a9628547c3404aa1652901827c4fa0fd93931cb24cc32cce3a92fff04.jpg

Şirvanda yeniyetmə özünü asıb.

İntihar hadisəsi Şirvan şəhəri, 1 may küçəsində qeydə alınıb.

Şirvan sakini, 2005-ci il təvəllüdlü Məmmədli Elvin Azər oğlu özünü yaşadığı evdə asaraq intihar edib.

İntiharın səbəbləri məlum deyil. E.Məmmədlinin meyiti müayinə olunmaq üçün Şirvan şəhər morquna yerləşdirilib.

Faktla bağlı Şirvan Şəhər Prokuroluğunda araşdırma aparılır./Apa.az/