Los-Ancelesdəki Baş konsulluğumuzda xidmət müvəqqəti dayandırıldı

Scraped 1785284743 8e01c555

Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunda bəzi konsulluq xidmətlərinin göstərilməsi müvəqqəti dayandırılıb.

Bu barədə baş konsulluğun “X” hesabında məlumat paylaşılıb.

“Texniki səbəblərə görə hazırda bəzi konsulluq xidmətlərinin göstərilməsi mümkün deyil.

Xahiş edirik ki, konsulluq xidmətləri məqsədilə Baş Konsulluğu ziyarət edəcək şəxslər əvvəlcədən Baş Konsulluqla əlaqə saxlasınlar”.