İlon Maskın təsis etdiyi ABŞ-ın infrastruktur və tunel şirkəti olan “Boring Company” maliyyələşdirmə raundunda investorlardan 675 milyon dollar cəlb edib.
Redaksiya.az xəbər verir ki, beləliklə, investorlar layihəni 5,6 milyard dollar dəyərində qiymətləndiriblər.
Üç il əvvəl 2016-cı ildə qurulan firma artıq investorlardan 120 milyon dollar cəlb edib – o zaman şirkət 920 milyon dollar dəyərində qiymətləndirilib.
Həmin vəsait hesabına “Loop Transportation System” layihələrinin dizaynı, istismarı və istehsalı üçün əməkdaşların işə götürülməsinin maliyyələşdirməsi planlaşdırılır.



