İlon Mask tviteri bəzi istifadəçilər üçün pullu etmək istəyir

66129eb4 7584 320d 8f98 fddb75c3db95 850.webp

Tviter sosial şəbəkəsi kommersiya və hökumət istifadəçiləri üçün pullu ola bilər.

Redaksiya.az-ın məlumatına görə, bu barədə sosial şəbəkəni alan amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask mikrobloqunda bildirib.

“Tviter ümumi istifadəçilər üçün həmişə pulsuz olacaq, lakin kommersiya/dövlət istifadəçiləri üçün kiçik bir ödəniş ola bilər”, – o yazıb.

Milyarder bunun adi şəxsi istifadəçilərə təsir etməyəcəyini vurğulayır. Lakin kommersiya və hökumət istifadəçiləri üçün onlar orta rüsum tətbiq edə bilərlər.

Mask daha əvvəl Amerika platformasını 44 milyard dollara alıb.