“Formula 1” üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib

125708a8 1727 3dda 9f50 4dde58c96bf0 850.jpg

“Formula 1” üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.

“Aston Martin”in digər pilotu Lans Strollun idarə etdiyi bolid qoruyucu səddə çırpılıb.

Avtomobilin ön hissəsi qopub və təkərə ziyan dəyib. Nəticədə qırmızı bayraq qaldırılıb, Stroll isə mübarizəni dayandırıb. Yarış 18:40-da bərpa olunacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.