FİFA reytinqi açıqlandı: Azərbaycan 29-cu pillədə

Milli Aze1717787879.jpg

FİFA yeniliyə imza atıb.

Tarixdə ilk dəfə futzal üzrə milli komandaların FİFA reytinqi açıqlanıb.

Kişi futzalçıların ilk siyahısında 139 yığma yer alıb. Azərbaycan 1139,38 xalla dünyada 29-cudur. Cədvələ 1568,41 xalla Braziliya başçılıq edir.

Qeyd edək ki, ölkəmizin təmsil olunmadığı qadın yığmaların siyahısında 69 milli yer alıb.///İdman.biz