Faiq Ağayev: “Birliyimizə xor baxanlar İNDİ SEVİNİR”

1650796793 d1b0b753 1ca7 45e9 8d75 90b390059244.jpg

Azərbaycanda mayın 1-dən maska tələbinin ləğv edilməsinə müxtəlif reaksiyalar gəldi. Yeni qərarla bağlı xalq artisti Faiq Ağayev də yumoristik paylaşım edib.

Redaksiya.az həmin paylaşımı təqdim edir:

“Səninlə çox çətin zamanda, hamının qorxu içində yaşayan dönəmdə tanış olduq.
Kənardan baxanlar “heç yaraşmırlar da bir-birinə” dedi. Amma biz insanlarla dolu bu bom-boş həyatda arxa-dayaq olduq bir-birimizə. Tam olduq.
Sənə sonsuz inamla bağlandım.

Sonra, arada məni sənsiz gəzən gördükdə, “yaraşmırlar” deyənlər, nədən ayrı qaldığımızla maraqlanmağa başladılar.
Qınadılar, dedilər “olmaz belə, cəzalandırın onu, qoy cəfasını çəksin!”.
Qışqırdılar, hədə-qorxu gəldilər, daş-qalaq etməyə belə hazır idilər.
Sevgisizlər…

Bilmədilər ki, səni canımdan iraq tutmağım, sənsiz gəzməyim – etirazımdır. Qaydalara, vəfasızlara, bəyənən və bəyənməyənlərə. Sevgililər dəli olur axı…

İndi yad əllər zorla ayırır bizi…
Daş qəlblilər…

Ayrılma tarixini bilə-bilə yaşamaq dəhşədir… Çaşqınam, heç bilmirəm ki, əbədi sənsizlik necə olacaq.
Dedilər – “unut, onsuz nəfəs almaq belə sənə rahat olacaq”.
İnsafsızlar…

İnanmaq istəmirəm.
Birliyimizə xor baxanlar sevinir indi.
Tək qaldım…

Əlvida, maska…”