Bakıda avtomobil yolu keçən qadını vuraraq öldürdü

1653029041 014a424c 15cf 4515 8914 a1f8afb3439b 850.jpg

Bakıda avtomobil yolu keçən qadını vuraraq öldürüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ötən gün saat 10 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini P.Babayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Səmayə İsrafilovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.