Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edildi

T1zcqhcs5ovsdstewhwc2bwebeismm8rckzhevha 1200 6a82d639a648f

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib.

Redaksiya APA-ya istinadən xəbər verir ki, B. Həsənov bir müddət saxlanıldığı miqrantların müvəqqəti saxlanma məntəqəsindən hava limanına gətirilərək Rusiya Federasiyasından deportasiya olunub.

Qeyd edək ki, Moskvadakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri B.Həsənovun Rusiya Federasiyası vətəndaşlığı ötən il ləğv olunub. Bu ilin iyun ayında o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib.