“Azər -Türk Bank” və “YAŞAT” Fondu əməkdaşlıq sənədi imzaladı

Scraped 1787045165 bcff3637

“Azər -Türk Bank” və “YAŞAT” Fondu arasında birgə əməkdaşlıq sənədi imzalanıb.

Qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən sənəd “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri Günel Nəbiyeva və “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov tərəfindən imzalanıb.

“Azər-Türk Bank” tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna dəstək göstəriləcəyi sənəddə öz əksini tapıb.

Razılaşmaya əsasən, tərəflər Fondun şəhid övladları üçün “Bir uşaq – bir gələcək” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, şəhid ailələrinə və qazilərə xüsusi diqqətin göstərilməsi “Azər-Türk Bank”ın sosial layihələrinin əsas istiqamətlərindən biridir.

“Azər -Türk Bank” və “YAŞAT” Fondu əməkdaşlıq sənədi imzaladı - Şəkil 1


“Azər -Türk Bank” və “YAŞAT” Fondu əməkdaşlıq sənədi imzaladı - Şəkil 2


“Azər -Türk Bank” və “YAŞAT” Fondu əməkdaşlıq sənədi imzaladı - Şəkil 3


“Azər -Türk Bank” və “YAŞAT” Fondu əməkdaşlıq sənədi imzaladı - Şəkil 4