“Avroviziya” təmsilçimiz: “Gözləmirdik, şokdayıq…”

1678361565 1678361544 1678348860 f8df8a56 988b 4ba4 a45b 0144550f2690.jpg

Xəbər verdiyimiz kimi, bu il Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində Zaqatala rayonundan olan əkiz qardaşlar Tural və Turan Bağmanovlar təmsil edəcək.

Modern.az-ın əməkdaşı qardaşlarla əlaqə saxlayaraq, onların təəssüratlarını öyrənib.

“Neçə vaxtdır gözləyirdik və bu gün artıq Azərbaycanı “Avroviziya”da təmsil edəcəyimizi öyrəndikdə çox sevindik. Azərbaycanı təmsil etmək üçün seçilməyimiz gözlənilməz oldu. Hazırda şokdayıq. Ətrafımızdakı insanlar da buna çox sevindi. Hər kəs maraqlanır, sizə də təşəkkür edirəm diqqətiniz üçün”, – deyə Tural Bağmanov bildirib.

O, ölkəmizi müsabiqədə uğurla təmsil etmək üçün var gücləri ilə çalışacaqlarını söyləyib.

Qeyd edək ki, “Avroviziya-2023” mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.