26 yaşlı şəxsin dənizdə boğulması ilə bağlı araşdırma aparılır

1661154432 utanut 100721.jpg

26 yaşlı şəxsin Nardaranda dənizdə boğularaq ölməsi faktı Sabunçu rayon prokurorluğunda araşdırılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, avqustun 20-də paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində dənizdə 1996-cı il təvəllüdlü Rəşad Əliyevin boğularaq ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.