WUF13 Azərbaycan Əməliyyat Şirkətinin könüllülərinə ilkin tibbi yardım mövzusunda təlim keçirilib

676594102 1280150034307602 4472344167715692216 n 69eb50f0d14ea


17–22 may 2026-cı il tarixlərində keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF 13) hazırlıq məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin könüllüləri üçün ilkin tibbi yardım mövzusunda təlim təşkil olunub.

Təlim Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Simulyasiya şöbəsinin təlimçiləri tərəfindən aparılıb. Təlim proqramı iştirakçıların fövqəladə hallarda düzgün və operativ müdaxilə bacarıqlarının artırılmasına yönəlib.

24 nəfərin qatıldığı təlim zamanı iştirakçılara həyati təhlükə yaradan halların ilkin qiymətləndirilməsi, ürək-ağciyər reanimasiyasının əsasları, qanaxmaların dayandırılması və travmalar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları praktiki şəkildə öyrədilib.