TƏBİB auditor seçir

4f9dc707 Fdac 3f0a 89d2 Bb32e5ca9be0 850.jpg

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyindəki müəssisələr üzrə 2022-ci ilin birləşdirilmiş maliyyə hesabatlarının kənar auditi xidməti üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 600 manat təşkil edir.

Tenderdə iştirak etmək istəyənlər təkliflərini oktyabrın 2-si, saat 12:00-a qədər TƏBİB-in yerləşdiyi Bakı şəhəri, N.Nərimanov, 206A (“Capital Towers” Biznes Mərkəzi) ünvanına təqdim edə bilərlər.

Təkliflərə həmin gün, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.