Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə başlayıb

Fbb5d2cf159023537748071636810899002.jpg

Bu gündən Azərbaycanın İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə başlayıb.

Müsahibə Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil olunub və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaratdığı komissiya tərəfindən aparılır.

Yeddi nəfərdən ibarət müsahibə komissiyası yalnız ilahiyyatçılardan təşkil edilib. Müsahibə komissiyasının sədri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovdur. Komissiya üzvləri Mehman İsmayılov (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru), Cahandar Əlifzadə (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri), Nahid Məmmədov (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri), Rəhim Rəhimli (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdir müavini), Mirniyaz Mürsəlov (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunun prorektoru) və Əhməd Niyazovdur (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri).

Hər gün 30-35 namizədin müsahibədə iştirak etməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat verilir.