Mavriki Respublikasının Prezidenti İçərişəhərlə tanış olub

703085383 1427783142712624 1106589870375875762 n 6a0d906e74109

BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Mavriki Respublikasının Prezidenti Daramber Qoxul İçərişəhəri ziyarət edib.

Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud ilə birgə keçirilən tanışlıq turu zamanı ali qonaq Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Buxara Karvansarası və digər tarixi-memarlıq abidələri ilə yaxından tanış olub.

Səfər müddətində nümayəndə heyətinə İçərişəhərin qlobal mədəni irs statusu, qədim abidələrin mühafizəsi istiqamətində atılan addımlar, eləcə də yerli icmanın və sənət adamlarının bu prosesə cəlb olunması barədə geniş məlumat verilib.