Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur

17877339122081326632 1200x630 6a8ea7e975b14

26 Avqust – Laçın Şəhəri Günüdür. Bu münasibətlə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə şəhərdə silsilə tədbirlər keçirilir.

Tədbirdə doğma yurda qayıdan laçın sakinləri, mədəniyyət xadimləri, eləcə də çoxsaylı qonaqlar iştirak edirlər.

Laçın Şəhəri Günü çərçivəsində ilk olaraq “Arts Council Azerbaijan” incəsənət platforması tərəfindən “İkinci həyat” adlı sərgi açılıb.

Sərginin əsas konsepsiyası köhnə, zədələnmiş və istifadəyə yarasız xalçaların, xüsusilə də Qarabağ xalçalarının rəngkarlıq vasitəsilə yeni sənət əsərlərinə çevrilməsi təşəbbüsündən ibarətdir.

Şəhər Günü münasibətilə gün ərzində Laçının müxtəlif məkanlarında uşaqlar üçün tamaşa nümayişləri və digər mədəni proqramlar da təşkil ediləcək.