Belarus ilə ticarət dövriyyəmiz artıb

71887f62162581857947837961411025508.jpg

Bu ilin yanvar-mart aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 88 milyon ABŞ dollarını ötüb.

Redaksiya.az xəbər verir ki, hesabat dövründə Azərbaycandan Belarusa ixracın dəyəri 65,6 milyon dollar, idxalın dəyəri isə 22,5 milyon dollar təşkil edib.

Qeyd edək ki, ötən ilin yanvar-dekabr aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 424,5 milyon ABŞ dolları təşkil edib.