ABŞ səfirliyi: İrəvanla Bakı arasında sülh sazişini imzalamağın vaxtı çatıb

Aedd30bd 113f 3c22 830e C70c6d3d576b 850.jpg

Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının vaxtı çatıb. Saziş Cənubi Qafqazın iqtisadi potensialını üzə çıxarmağa imkan verəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, Cənubi Qafqazın sosial və iqtisadi potensialını üzə çıxaracaq sülh sazişini imzalamağın vaxtı çatıb.